"Vest Hem" 67 milyon avro təklif etdi

  • 20 Yanvar 2025, 21:00

"Vest Hem" "Aston Villa"nın 21 yaşlı hücumçusu Con Duranı transfer etmək üçün 57 milyon funt sterlinq (təxminən 67 milyon avro) dəyərində təklif irəli sürüb.

Sportlife.az xəbər verir ki, "Aston Villa" bu təklifi rədd etməyi planlaşdırır. Çünki Duranın müqaviləsi 2030-cu ilə qədər uzadılıb və klub onu saxlamaq niyyətindədir.

Qeyd edək ki, Duran son mövsümdə "Aston Villa"nın heyətində 30 oyunda iştirak edərək 15 qol vurub və 7 məhsuldar ötürmə edib.


Paylaş: