Xviça üçün 7.0 xal

  • 29 Aprel 2024, 19:55

“Napoli” A Seriyasının 34-cü turunda evdə “Roma” ilə heç-heçə edib (2:2).

Sportlife.az xəbər verir ki, meydan sahiblərinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya 87 dəqiqə meydanda olub. Onun çıxışını İtaliyanın aparıcı idman mediası müxtəlif qiymətləndirib.

"La Gazzetta dello Sport" Xviçanı 7.0, "Corriere dello Sport" 7.0, "Tuttosport" 6.5 xalla qiymətləndirib.

Növbəti mərhələdə “Napoli” (9-cu yer, 50 xal) mayın 6-da səfərdə “Udineze” ilə qarşılaşacaq.


Paylaş: