Yamal Pikenin villasını almaq istəyir
"Barselona"nın hücumçusu Lamin Yamal əvvəllər komandanın keçmiş müdafiəçisi Jerar Pike və müğənni Şakiranın yaşadığı malikanəni almağı planlaşdırır.
Sportlife.az xəbər verir ki, futbolçu orada hazırkı həyat yoldaşı Niki Nikol ilə yaşamağı planlaşdırır.
Bu, Lamin Yamalı komanda yoldaşları Alexandro Balde və Ronald Arauxo ilə qonşu edəcək. Ev, məxfiliyi və eksklüzivliyi ilə tanınan Esplugues de Llobregat məhəlləsindəki Ciutat Diagonal yaşayış kompleksində yerləşir.
Bu mövsüm Lamin Yamal "Barselona"nın heyətində 8 La Liqa və UEFA Çempionlar Liqası matçında meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.