"Yuventus"da Vlahoviç qərarı

  • Bu gün, 17:52

"Yuventus" rəhbərliyi hücumçu Duşan Vlahoviçin agentlərinə müqaviləni ləğv etmək istədiklərini bildirib. 

Sportlife.az xəbər verir ki, Turin klubu futbolçunun yeni mövsüm üçün ala biləcəyi 24 milyon avroya qənaət etmək istəyir. Yaxın günlərdə tərəflər arasında görüş baş tutacaq. Orada 25 yaşlı serb futbolçunun "Yuventus"dakı gələcəyi müzakirə olunacaq.

Qeyd edək ki, Vlahoviç 2022-ci ildən Turin klubunda çıxış edir. O, 145 matçda ümumilikdə 58 qol vurub.


Paylaş: