Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək

  • 30 Aprel 2024, 15:28

Azərbaycanın 21 yaşadək (U-21) futbolçulardan ibarət milli komandası yoldaşlıq oyunu keçirəcək.

Sportlife.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-21 iyunun 7-də səfərdə slovakiyalı həmyaşıdları ilə qarşılaşacaq.

Senec şəhərində yerləşən Təlim-Məşq Mərkəzində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.


Paylaş: