“Barselona”nın futbolçusu zədələndi
"Barselona" klubunun futbolçusu Ferran Torres zədələnib.
Sportlife.az xəbər verir ki, 24 yaşlı hücumçu sonuncu - "Atletiko" ilə oyunda əzələsindən zədə alıb.
İspaniyalı futbolçunun travması çox da ciddi deyil. O, bir neçə matçda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Torres bu mövsüm bütün turnirlərdə 16 matça çıxıb, 5 qol vurub və 2 qolun ötürməsini verib.