Azərbaycan çempionatının 3 oyunu təxirə salındı
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycan Respublikası ərazisində matəm elan olunub.
Sportlife.az xəbər verir ki, baş verən faciə ilə əlaqədar Azərbaycan Basketbol Liqasında (ABL) 9-cu turun "Şəki" - "Gəncə", "Sumqayıt" - "Quba" və "Naxçıvan" - "Abşeron" görüşləri irəli bir tarixə təxirə salınıb.
Bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.