"Everton" onu karyerasını sonuna qədər saxlamaq istəyir

  • Dünən, 16:05

"Everton" qolkiperi Cordan Pikfordla yeni müqavilə imzalamağı düşünür.

Sportlife.az "TBR Football" portalına istinadən xəbər verir ki, Liverpul təmsilçisi 30 yaşlı qapıçıya karyerasının sonuna qədər klubda saxlayacaq sözləşmə təklif etməyə hazırlaşır.

Pikford 2017-ci ildən "Everton"da çıxış edir. O, cari mövsümdə Premyer Liqada 16 matçda meydanda olub və 7 oyunda qapısını toxunulmaz saxlaya bilib.


Paylaş: