"Qvardiolanın bitdiyini iddia edəndə məni gülmək tutur”

  • Dünən, 15:35

“Tənqidçilər Pep Qvardiolanın bitdiyini iddia edəndə məni gülmək tutur”.

Sportlife.az xəbər verir ki, bu sözləri "Çelsi"nin baş məşqçisi Entso Mareska komandası yaxşı günlər keçirməyən Qvardiola barədə deyib. İtaliyalı mütəxəssis sözlərinə belə davam edib:

“Mən Peplə danışdım. O, tamamilə sakitdir və nə baş verdiyini dəqiq bilir. Əgər futbolla məşğulsansa, onların zədələrinin miqdarını görə bilərsən, bu normal deyil”.

Xatırladaq ki, Mareska "Mançester Siti"də Qvardiolanın köməkçisi kimi çalışıb.


Paylaş: