"Roma" belçikalıdan razıdır
“Roma” icarə əsasında heyətində olan Aleksis Salemakersin komandadakı gələcəyi barədə qərar verib.
Sportlife.az xəbər verir ki, "canavarlar" belçikalı futbolçudan razıdır və yayda onu birdəfəlik heyətinə transfer etməyə çalışacaq.
25 yaşlı oyunçunun dəyəri 15 milyon avrodur.
Salemakers müqavilə ilə "Milan"a məxsusdur. Onun "qırmızı-qaralar"la sözləşməsi 2027-ci ilin yayına qədərdir.