“Azərbaycanda təhlükəsizlik hissi daha da böyükdür”
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski ölkəsinin mətbuatına açıqlama verib.
Sportlife.az xəbər verir ki, polşalı qolkiper Azərbaycanın təhlükəsiz ölkə olduğunu bildirib. 24 yaşlı futbolçu küçələrdə dava-dalaş, sərxoş insanlar görmədiyini deyib:
"Polşa nisbətən təhlükəsiz ölkədir. Lakin Azərbaycanda təhlükəsizlik hissi daha da böyükdür. Mən burada nə dava-dalaş, nə küçələrdə sərxoş insanlar, nə də evsiz-eşiksiz insanlar görmədim".