22 yaşlı futbolçu PSJ-dən ayrılmaq istəyir

  • Dünən, 21:57

Portuqaliyalı futbolçu Nunu Mendeş PSJ-dən ayrılmaq istəyir.

Sportlife.az "RMC Sport" portalına istinadən xəbər verir ki, 22 yaşlı sol cinah müdafiəçisi Paris klubunun yeni müqavilə təklifini qəbul etməyib. O, təklif olunan məvacibin az olduğunu düşünür.

Mendeş digər təkliflərə baxmağa başlayıb. Onun PSJ ilə sözləşməsi 2026-cı ilin yayına qədərdir.

 

 


Paylaş: