“Araz-Naxçıvan”ın yoldaşlıq oyunlarında dəyişiklik edildi
“Araz-Naxçıvan” futbol klubunun qış hazırlıq planı zamanı keçirəcəyi yoxlama oyunlarının təqvimində dəyişiklik olub.
Sportlife.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda əvvəlcədən nəzərdə tutulduğu kimi yanvarın 8-də klubun əvəzediciləri ilə deyil, bir gün sonra “Sumqayıt”la üz-üzə gələcək.
Görüş “Kapital Bank Arena”da keçiriləcək. Oyunun başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, yanvarın 5-də bir araya gələcək “qırmızı-ağlar” ayın 9-da “Sumqayıt”, 11-də isə “Səbail”lə qarşılaşacaq.