İspaniya klubu forvardı barədə qərar verdi
La Liqa klubu "Leqanes" icarə əsasında heyətində olan Sebastyan Aller barədə qərar verib.
Sportlife.az "Marca" nəşrinə istinadən xəbər verir ki, İspaniya klubu onun vaxtından əvvəl göndərəcək.
30 yaşlı forvard yanvar ayında Dortmund "Borussiya"sına qayıdacaq.
Aller İspaniya klubunun heyətində 9 oyuna çıxıb və fərqlənə bilməyib.