Premyer Liqa klubu onu satmaq istəmir
"Vulverhempton" yanvar ayında Mateus Kunya üçün gələn təklifləri qəbul etməyəcək.
Sportlife.az "Mirror Football" portalına istinadən xəbər verir ki, Premyer Liqa braziliyalı futbolçunu mövsümün sonuna qədər komandada saxlamaq istəyir.
Kunya ilə "Arsenal" və "Mançester Yunayted" yaxından maraqlanır.
O, cari sezonda Premyer Liqada 18 oyuna çıxıb və 10 qol vurub.