Renatın komandasında yeni təyinat

  • Dünən, 10:30

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi “Ankaragücü”nün yeni baş məşqçisi müəyyənləşib.

Sportlife.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisini bundan sonra Kemal Özdeş çalışdıracaq.

Yerli mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

“Ankaragücü” 1-ci Liqada 24 xalla 10-cu sırada qərarlaşıb.


Paylaş: