"Onlar mükafatçılar sırasında olacaqlar"
"Sabah" Azərbaycan çempionatında mövsümün ilk yarısını 5-ci yerdə bitirib. "Bayquşlar"ın aktivində 26 xal var və onlar 3-cü yeri tutan "Turan Tovuz"dan 6 xal geridədilər.
Sportlife.az-a açıqlama verən klubun sabiq baş məşqçisi Ramin Quliyev mövsümün sonunda komandanın ilk üç yerdən birini tutacağına inanır:
"Hələ çempionat davam edir. “Sabah”ı mükafatçılar sırasından bir neçə xal ayırır. Qarşıda qış fasiləsi var və inanıram ki, daha yaxşı “Sabah” görəcəyik.
Yeni məşqçinin gəlişi komandada yaxşı mənada hiss olunur. Mənim fikrimcə, onlar mükafatçılar sırasında olacaqlar.
Göz qabağındadır komandada əzmkarlıq və istək artıb. Qış fasiləsi məşqçiyə çatışmazlıqları aradan qaldırmaq üçün çox əlverişli olacaq".