Borc bataqlığında çırpınan "Kəpəz": 3 milyon necə bölünür?

  • 9 Dekabr 2024, 11:03

"Kəpəz" son illər kredit borcunda boğulan bir MMC-ni xatırladır. Restoran borcu, otel borcu, futbolçu borcu – Qısacası, borc xirtdəyə qədər yığılıb. Vəziyyət gün kimi aydındır: Klubda borc ödəməyə pul yoxdur, rəhbərlikdə də çıxış yolu. Sadəcə klassik bəhanə var: "Sponsor yoxdur!"

 Amma gəlin soruşaq, təkcə "Kəpəz"inmi sponsoru yoxdu? Başqa klublar başını necə saxlayır? Dövlətin hər il ayırdığı 3 milyon manat hara və necə xərclənir? Maliyyə bölgüsü necə aparılır?

Bölgü, elə bil, "ağlına nə gəldi" üsulu ilə edilir. Yorğanı ayağa görə uzatmaq lazımdı, amma burada, deyəsən, yorğanı qısaldıb atıblar. Axı necə olur ki, hər yerə – Restoranından tutmuş otellərə qədər borc yazılır? Bu qədər "rasxod" nədi, bölüşdürməni kim və necə edir?

Əgər bu klubun hamıya 1 əppək borcu varsa, bu, nə deməkdir? Rəhbərlik maliyyəni necə gəldi xərcləyir? 

Əslində bir mövsümlük maliyyəni düzgün bölüşdürsələr, nə borc yaranar, nə də belə bərbad vəziyyət. Amma yox, burada həmişə "nəsə" var, həmişə "olmur", həmişə "çatışmır".

Kimə deyəsən araşdırın bu məsələni? Bir şey aydındır: "Kəpəz" borc içində üzür, rəhbərlik isə bu "üzən gəmi"ni artıq qayıq boyda eləyib.

Mirələm Həsənli 


Paylaş: