"Sevilya" kimi klubdan rəsmi təklifin gəlməsi xoşdur" - Qurban Qurbanov

  • 19 Dekabr 2024, 16:48

"Qarabağ" Misli Premyer Liqasında III turdan təxirə salınmış matçında son saniyələrdə vurduğu qolla "Şamaxı"nı məğlub edib.

Sportlife.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Leroy Mikels kimi futbolçunu komandanızda görmək istəyərsiniz?

- Belə oyunçular var. Leroy çox yaxşı futbolçudur. Bəzi oyunçularda olmayan keyfiyyətləri var. Amma hər oyunçunun istənilən komandada oyununun alınması da sual atlındadır. Mikels ən ehtiyatlandığımız futbolçulardan biridir. 

Təcrübəli mütəxəssis Juninyonun mümkün "Sevilya" transferi barədə də danışıb:

"Sevilya" kimi klubdan rəsmi təklifin gəlməsi xoşdur. Klubla danışıqlar gedir. Burada klubun da marağı olmalıdır. Artıq Avropa bazarına çıxmışıq. Böyük Beşlik ölkələrindən təklif gəlməsi irəliyə doğru addımdır. Bundan sonra bizə, çempionatımıa diqqət çox olacaq. Azərbaycan futbolunun Avropa bazarında olması ölkə futbolu üçün böyük addımdır. Biz buna hazır olmalıyıq".

O, braziliyalı futbolçunun da istəyi olduğunu bildirib:

"Özünün də istəyi var. Başqa çempionatlardan təklif gələndə Juninyonun özünün çox da marağı olmurdu. İndi deyir ki, təklif gələndən sonra sevincimdən yata bilmirdim. Futbolçu getmək istəyir. Bildirib ki, klub anlaşsa, sevə-sevə gedərəm".

 

 


Paylaş: