Salah gedəcək yoxsa qalacaq?
Məhəmməd Salah yayda azad agent kimi PSJ-yə qoşulmağa yaxın idi.
Sportlife.az "Yallakora" portalına istinadən xəbər verir ki, lakin misirli futbolçu fikrini dəyişib. O, istədiyi məvacibi azaldaraq "Liverpul"da qalmaq istəyir.
Salah 2017-ci ildən Mersisayd klubunda çıxış edir. Onun hazırki sözləşməsi cari mövsümün sonunda başa çatır.