Liqa 1 klubunda yeni təyinat
“Sent-Etyen” yeni baş məşqçisini açıqlayıb.
Sportlife.az klubun saytına istinadən xəbər verir ki, Liqa 1 komandası norveçli mütəxəssis Eyrik Hornelanda tapşırılıb.
49 yaşlı çalışdırıcı ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. Horneland bu vəzifədə Olivye Dall'Oqlionu əvəzləyib.