"Napoli" onunla yolları ayıracaq
"Napoli" futbolçusu Mariu Ruyla yolları ayıracaq.
Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Neapol klubu portuqaliyalı müdafiəçinin müqaviləsini qarşıdakı günlərdə ləğv edəcək. O, azad agent olacaq.
Ruy 2018-ci ilin yanvarından "Napoli"də çıxış edirdi. O, cari mövsümdə heç bir oyunda meydanda olmayıb.