Runinin işi 7 ay çəkdi
"Plimut" klubu baş məşqçisi Ueyn Runi ilə yollarını ayırıb.
Sportlife.az klubun saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssislə klub arasında müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
Runi bu ilin mayından komandanı çalışdırırdı.
Qeyd edək ki, "Plimut" Çempionşipdə 23 turdan sonra sonuncu - 24-cü yerdə qərarlaşıb.