Premyer Liqa klubu çexiyalı qolkiper transfer edir

  • 4 Yanvar 2025, 14:40

"Tottenhem" heyətini Antonin Kinski ilə gücləndirəcək.

Sportlife.az İtaliya mətbuatına istinadən xəbər verir ki, London klubu 21 yaşlı qolkiper üçün "Slaviya"ya 15 milyon avro və əlavə bonuslar ödəyəcək.

Gənc qapıçı keçidi tamamlamaq üçün Londona gələrək tibbi baxışdan keçəcək.

Kinski ilə uzunmüddətli müqavilə imzalanacaq.

Xatırladaq ki, o, sabiq qolkiper Antonin Kinskinin oğludur.

 


Paylaş: