Legioner limitinin ləğvinin hansı təsirləri olacaq?

  • 6 Yanvar 2025, 14:25

Hər mövsüm müzakirə olunan legioner limitinin aradan qaldırılması yenidən gündəmə gəlib. Hazırda Azərbaycan çempionatında 7+4 sistemi tətbiq olunur. Maksimum 7 legioner oyunçu meydanda ola bilər. Əgər limit ləğv olunsa, Premyer Liqadakı komandalar meydana istədikləri qədər əcnəbi oyunçuyla çıxa biləcəklər.

Məsələ ilə bağlı "Kəpəz"in sabiq baş məşqçisi Azər Məmmədov Sportlife.az-a bunları deyib:

"Məncə, bunun Azərbaycan çempionatına müsbət təsiri olacaq. Ancaq azərbaycanlı futbolçuların inkişafına da təsirsiz ötüşməyəcək. Çünki, bizdə hazırda oynayan futbolçuların üzdə olma səbəblərindən biri də meydanda 4 yerli oyunçu ilə çıxma məcburiyyəti idi. Ancaq məcburiyyət olmayandan sonra nəticəyə oynayan komandalar güman ki əsasən legionerlərə üstünlük verəcək. Bu da yerli oyunçuların az oynamasına gətirib çıxaracaq".

48 yaşlı mütəxəssis limit ləğv olunsa da, olunmasa da yerli futbolçuların öz üzərlərində yaxşı çalışdıqlarını düşünür:

"7+4 limitində də azərbaycanlı futbolcular öz üzərində calışırdılar. Zamana ehtiyac var. Görək bizim futbola nə qədər xeyri olacaq".

Elnur İsmayılov


Paylaş: