Tilsimi Martines qırdı

  • 6 Yanvar 2025, 14:43

İngiltərə Premyer Liqasının XX turunda "Mançester Yunayted" "Liverpul" 2:2 hesablı heç-heçə edib.

Sportlife.az xəbər verir ki, "qırmızı şeytanlar" son 6 ildə ilk dəfə "mersisaydlılar"a səfərdə qol vurmağı bacarıblar. Buna qədər sonuncu qolu 2018-ci ildə Cesse Linqard vurmuşdu. Tilsimi isə dünənki oyunda ilk qolu vuran Lisandro Martines qırıb.

Son 6 ildə “Mançester Yunayted” "Liverpul"la 6 səfər matçı keçirib, 3 dəfə məğlub olub (0:2, 0:4, 0:7), 3 dəfə isə heç-heçə edib (0:0, 0:0, 2:2). 


Paylaş: