Türkiyə Kuboku: "Beşiktaş" qələbəylə başladı
Türkiyə Kubokunda qrup mərhələsinə start verilib.
Sportlife.az xəbər verir ki, D qrupunda mübarizə aparan "Beşiktaş" səfərdə "Sivasspor"un qonağı olub. Qarşılaşmada yeganə qolu İstanbul təmsilçisinin futbolçusu Rafa Silva vurub.
"Beşiktaş" bu qolla 3 xalı aktivinə yazdırıb.
Xatırladaq ki, Türkiyə Kuboku bu ildən yeni formatla keçirilir. 6 komanda 4 qrupda mübarizə aparır. Hər qrupda ilk iki yeri tutan komanda 1/4 finala yüksələcək.