Türkiyəli futbolçu üçün mövsüm başa çatdı
"Bornmut"da çıxış edən Türkiyə millisinin forvardı Enes Ünal ciddi zədələnib.
Sportlife.az "Relevo" portalına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu mövsümün geri qalanında oynaya bilməyəcək. O, komandanın məşqində sıradan çıxıb.
Enes ötən yay zədəsinə görə Avropa çempionatını da qaçırmalı olmuşdu.
O, cari mövsüm Premyer Liqada 17 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.