Amad 2030-a qədər MY-də

  • Dünən, 22:18

"Mançester Yunayted" gənc futbolçusu Amad Diallo ilə müqavilə müddətini uzatmaq barədə razılığa gəlib.

Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 22 yaşlı vingerlə 2030-cu ilə qədər yeni sözləşmə imzalayacaq.

Amad bu mövsüm "Mançester Yunayted"in əsas oyunçularından birinə çevrilib. O, bütün turnirlərdə 28 oyunda meydanda olub, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.


Paylaş: