Juninyonun “Sevilya”ya keçidi alınmadı, braziliyalı vətəninə qayıda bilər
"Qarabağ"ın hücumçusu Juninyonun "Sevilya"ya keçidində problem yaranıb.
Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, "Flamenqo" braziliyalı forvarda daha yüksək məvacib təklif edib.
Bu, "Sevilya" və "Qarabağ" arasındakı razılaşmanı poza bilər.
Juninyo bu həftə İspaniyada olub, tibbi baxışdan keçməli idi. Artıq klublar bütün məsələlərdə razılığa gəlmişdi. Ancaq Braziliya klubunun təklifi 28 yaşlı hücumçunu yenidən düşünməyə vadar edib.