“Şamaxı”dan daha bir transfer
“Şamaxı” klubu heyətini braziliyalı futbolçu ilə gücləndirib.
Sportlife.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu Mixael Tike Dias Santosla müqavilə imzalanıb.
Forvardla müqavilənin müddəti il yarımdır (6 ay + 1 il).
Qeyd edək ki, 31 yaşlı futbolçunun son iş yeri Litva təmsilçisi “Heqelmann” olub.