"Bodrumspor" türkiyəli forvardla maraqlanır
"Bodrumspor" "Fənərbağça"nın forvardı Cenk Tosunla maraqlanır.
Sportlife.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Süper Liqa klubu onun mövsümün sonuna qədər icarəyə götürmək istəyir.
C. Tosun ötən ilin yayında azad agent kimi "Fənərbağça"ya qoşulmuşdu. O, cari sezonda 9 oyunda cəmi 97 dəqiqə meydanda olub.
"Bodrumspor" hazırda 18 turdan sonra Süper Liqada 15 xalla 17-ci yeri tutur.