Almaniya klubunun ilk təklifi qəbul edilmədi
"Leyptsiq" klubu Noah Okafor üçün "Milan"a ilk təklifini göndərib.
Sportlife.az "Relevo" portalına istinadən xəbər verir ki, Bundesliqa klubunun ilk təklifi 10-12 milyon avroluq satınalma bəndiylə birlikdə icarəyə götürməkdir.
Tərəflər arasında hələ ki, razılıq əldə olunmayıb. Ancaq danışıqlar davam edəcək.
Okafor cari mövsümdə "Milan"ın heyətində 16 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.