Türkiyə klubu azərbaycanlı futbolçunu saxlamaq istəmir
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli "Boluspor"dan ayrıla bilər.
Sportlife.az-ın əldə etdiyi məlumata görə, Türkiyə klubu 29 yaşlı futbolçunu heyətində saxlamaq istəmir. O, sentyabr ayından bəri 2 oyunda cəmi 3 dəqiqə meydanda ola bilib.
"Boluspor" rəhbərliyi heyətə düşə bilməyən futbolçuya özünə klub axtarmağı məsləhət görüb.
Xatırladaq ki, Vüsal ötən ilin yanvarında Anadolu klubuna transfer olmuşdu. O, Albaniyanın "Eqnatiya" klubundan ayrılaraq Türkiyənin yolunu tutmuşdu.