Braziliyalı futbolçu yunan klubuna "yox" dedi
"Mançester Yunayted"in futbolçusu Antoni "Olimpiakos"un təklifini qəbul etməyib.
Sportlife.az "Mirror Football"a istinadən xəbər verir ki, braziliyalı futbolçu hələ də "qırmızı şeytanlar"dan ayrılmağı planlaşdırır, lakin Yunanıstana getməyi düşünmür.
Antoni 2022-ci ilin yayında 95 milyon avroya "Ayaks"dan MY-ə transfer olub. O, cari mövsümdə 12 oyunda meydanda olub və 1 qol vurub.