"Şamaxı" rumıniyalının transferini rəsmiləşdirdi
“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Sportlife.az xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Andrey-Kostin Tirkovaneunu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rumıniyalı futbolçu ilə il yarımlıq müqavilə imzalanıb.
Qeyd edək ki, 27 yaşlı futbolçunun son klubu Kanadanın “Pasifik” olub.