Vaskes başa çatan müqaviləsindən danışıb

  • Dünən, 21:27

Lukas Vaskesin "Real"la müqaviləsi cari mövsümün sonunda başa çatır.

Sportlife.az xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə danışıb:

“Danışmaq üçün çox tezdir. Mən bu mövsümdən həzz alıram. Bununla bağlı başqa söz yoxdur”.

Xatırladaq ki, "kral klubu"nun yetirməsi olan L. Vaskes 2015-ci ildən əsas komandada çıxış edir. O, bu sezon bütün turnirlərdə 23 oyunda meydanda olub, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.


Paylaş: