Terimin komandasın yeni qolkiper transfer edir

  • Dünən, 15:24

"Nyukasl"ın qolkiperi Martin Dubravka karyerasını Səudiyyə Ərəbistanda davam etdirə bilər.

Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, slovakiyalı qapıçı "Əl-Şahab"la danışıqlar aparır. O, "sağsağanlar" icazə versə, S. Ərəbistan klubuna keçmək istəyir.

Dubravka 2018-ci ildən "Nyukasl" çıxış edir. O, cari mövsümdə 8 oyunda meydanda olub və bu görüşlərin altısında qapısını toxunulmaz saxlamağı bacarıb.

Xatırladaq ki, "Əl-Şahab" klubunu Fatih Terim çalışdırır.


Paylaş: