Spa 2031-ə qədər təqvimdə qaldı
Formula 1-in əfsanə pistlərindən olan Spa (Belçika) ilə müqavilə uzadılıb.
Sportlife.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Belçika ilə yeni sözləşmə 2031-ci ilə qədər imzalanılıb.
Əldə edilən razılaşmaya görə 2028 və 2030-cu illərdə Spada yarış keçirilməyəcək. Bu tarixlərdəki yarışlar başqa bir Avropa ölkəsində baş tutacaq.