Koreyalı daha bir mövsüm "Tottenhem"də qalacaq
Son Xın Min "Tottenhem"lə cari mövsümün sonunda başa çatan müqaviləsini uzadacaq.
Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, London klubu koreyalı futbolçunun sözləşməsində olan bir illik artırma bəndini aktiv edəcək.
Son 2015-ci ildən "Tottenhem"də çıxış edir. O, bu sezon 23 oyunda meydanda olub, 7 qol vurub və 6 assist edib.