"Trabzonspor"un futbolçusu İstanbul nəhənginə doğru

  • 7 Yanvar 2025, 15:07

"Trabzonspor"un futbolçusu Eren Elmalı karyerasını "Qalatasaray"da davam etdirə bilər.

Sportlife.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, klublar arasında danışıqlar davam edir. Bu keçidin 3-4 milyon avroya bitəcəyi gözlənilir.

Eren İstanbul klubuna transfer olmağa müsbət yanaşır. 24 yaşlı sol cinah müdafiəçisi cari mövsümdə 19 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.


Paylaş: