Reşfordun talibləri artır
"Milan" və "Borussiya" hər ikisi Markus Rashfordu transfer etmək üçün onun müqavilə şərtlərini istəyib.
Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, "Qalatasaray" da onunla maraqlanıb, lakin ingiltərəli futbolçu Top 5 liqada qalmaq istəyir.
Reşford bu ay "Mançester Yunayted"dən ayrılacağı dəqiqdir. Baş məşqçi Ruben Amorim onu heyətdə düşünmür. O, son 6 oyunda bir dəqiqə belə meydanda olmayıb.