Nedved Terimin komandasında çalışacaq
Çexiya millisinin sabiq futbolçusu Pavel Nedved Səudiyyə Ərəbistanda çalışacaq.
Sportlife.az xəbər verir ki, 52 yaşlı funksioner bu ölkənin "Əl-Şahab" klubunda direktor vəzifəsində çalışacaq.
O, daha öncə eyni vəzifədə "Yuventus"da çalışıb.
Xatırladaq ki, "Əl-Şahab" klubunu Fatih Terim çalışdırır.