Təcrübəli qolkiperin yeni klubu məlum oldu
"Lans"ın qolkiperi Bris Samba karyerasını "Renn"də davam etdirəcək.
Sportlife.az "RMC Sport" portalına istinadən xəbər verir ki, "qırmızı-qaralar" 30 yaşlı qolkiper üçün 15 milyon avro ödəyəcək.
Samba 2022-ci ildən "Lans"da çıxış edirdi. O, cari mövsümdə 17 oyunda meydanda olub və bu görüşlərin yeddisində qapısını qola bağlamağı bacarıb.