Əlcəzairli futbolçu İngiltərə nəhənginin "radar"ında

  • 7 Yanvar 2025, 16:12

"Liverpul" klubu "Feyenoord"un futbolçusu Anis Hac-Mussa ilə maraqlanır.

Sportlife.az "Football Insider" portalına istinadən xəbər verir ki, Mersisayd klubu 22 yaşlı forvardı transfer etmək niyyətindədir.

Əlcəzairli futbolçu ötən yay "Feyenoord"a qoşulub. O, əsasən Çempionlar Liqasında göstərdiyi performansla diqqətləri üzərinə çəkməyi bacarıb. Hac-Mussa bu turnirdə 5 oyuna çıxıb və 3 qol vurmağı bacarıb.


Paylaş: