"Nyukasl" onu itirmək istəmir
"Nyukasl" müdafiəçisi Fabian Şerlə müqavilə uzadacaq.
Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, tərəflər hazırda bu barədə danışıqlar aparır. Müzakirələr müsbət yöndə irəliləyir.
Şer 2018-ci ildən "Nyukasl"da çıxış edir. Onun hazırki sözləşməsi cari mövsümün sonunda başa çatır.