Miyatoviçin yerinə Banki gəldi
"Anadolu Efes" baş məşqçisi Tomislav Miyatoviçin vəzifəsinə son verib.
Sportlife.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi onun yerinə Luka Bankini gətirib. İtaliyalı mütəxəssislə 1+1 illik müqavilə bağlanılıb.
Miyatoviç isə komandada qalmağa davam edəcək. O, əvvəlki vəzifəsinə qayıdaraq baş məşqçinin köməkçisi olacaq.