"Liverpul" ona icazə verməyəcək

  • 7 Yanvar 2025, 18:55

"Liverpul" klubu Federiko Kyezanı icarə əsasında "Napoli"yə buraxmaq fikrində deyil.

Sportlife.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, "qırmızılar" onu mövsümün sonuna qədər komandada saxlamaq istəyir. Komandanın baş məşqçisi Arne Slot sezonun ikinci yarısında italiyalı futbolçunun daha çox oynayacağına ümid edir.

Kyeza az oynadığı üçün komandadan ayrılmağı düşünürdü. O, cari sezonda cəmi 4 oyunda meydanda olub.

 


Paylaş: