"Qarabağ"ın rəqibi MY-in oyunçusuyla maraqlanır

  • 6 Yanvar 2025, 23:41

Yunanıstanın "Olimpiakos" klubu "Mançester Yunayted"in futbolçusu Antoninin durumunu yaxından izləyir.

Sportlife.az "Sun Sports"a istinadən xəbər verir ki, "ağ-qırmızılar" braziliyalı vingeri icarəyə götürməyi planlaşdırır. "Mankunianlar" yaxşı təklif olarsa, onun gedişinə mane olmayacaq.

Antoni 2022-ci ilin yayında 95 milyon avroya "Ayaks"dan "qırmızı şeytanlar" transfer olub. O, cari mövsümdə 12 oyunda meydanda olub və 1 qol vurub.


Paylaş: