"Milan"ın futbolçusu Almaniyaya transfer ola bilər
"Leyptsiq" klubu Noah Okaforu transfer etmək üçün "Milan" ilə danışıqlara başlayıb.
Sportlife.az insayder Matteo Morettoya istinadən xəbər verir ki, klublar arasında müzakirələr müsbət davam edir.
Okafor 2023-cü ilin yayında "Milan"a transfer olub. O, cari mövsümdə 16 oyunda meydanda olub, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.